Fotomodel futbolçuya görə 16 illik ailəsini dağıdır - FOTO
03.11.2009 - 11:47
Fotomodel futbolçuya görə 16 illik ailəsini dağıdır - FOTO
Tanınmış almaniyalı aktyor Uve Oşenknextin xanımı Nataşa ilə xoş günləri başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, 16 il öncə ailə həyatı qurmuş bu cütlüyün tezliklə ayrılacağı gözlənilir.

Belə ki, 45 yaşlı Nataşa özündən 20 yaş kiçik türk futbolçu Umut Kəkilliyə vurulub. Umut bir müddət Almaniyanın aşağı liqa klublarında oynayıb. Daha sonra Türkiyəyə köçən yarımmüdafiəçi hazırda “Konyaspor”un şərəfini qoruyur.

Nataşa isə daha çox fotomodel kimi tanınır. O, Umutla bu ilin avqustunda Almaniyanın Köln şəhərində yerləşən diskotekaların birində tanış olub. Almaniya mətbuatı yazır ki, futbolçu bu yaxınlarda Nataşanı Antalyaya dəvət edib və onlar bu kurort şəhərində dincəliblər. Eyni zamanda, fotomodelin Umutla birgə yaşamaq üçün öz ərindən ayrılmağı qətiləşdirdiyi də bildirilir. Almaniyanın kübar cəmiyyətindən yazan jurnalistlər isə Nataşanın həyat yoldaşı ilə münasibətlərini pozmasına heç də Kəkillinin səbəb olmadığını qeyd edib.

Onu da əlavə edək ki, Oşenknext ailəsinin 2 oğlu və 1 qızı var.
0