Elnur Məmmədli evlənir
03.11.2009 - 14:30
Elnur Məmmədli evlənir
2008-ci il Pekin Yay Olimpiya oyunlarının qalibi, cüdoçu Elnur Məmmədli nişanlanıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı idmançı okyabrın 25-də “Tural” şadlıq evinin VİP salonunda 150 nəfərlik məclisdə nişan gününü qeyd edib. Məlumatı idmançının özü də təsdiqləyib.

Məmmədlinin ailə quracağı xanım 1991-ci il təvəllüdlüdür, hüquq fakültəsində oxuyur. Cütlük bir il öncə tanış olub. Onların nişanı ailələrinin xeyir-duası ilə baş tutub.

Gənclərin toy mərasimi 2010-cu ildə olacaq.

Mənbə: lent.az
0