Televiziya əməkdaşları ilə futbolçular arasında insident
19.11.2009 - 16:32
Televiziya əməkdaşları ilə futbolçular arasında insident
Dünya çempionatının pley-off mərhələsinin cavab oyunları qalmaqalla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Uruqvay və Kosta-Rika milli komandaları arasında görüş (1:1) xoşagəlməz hadisə üzündən 5 dəqiqəlik dayandırılıb. Matçın 74-cü dəqiqəsində qonaqların futbolçusu Valter Sentanonun hesabı bərabərləşdirməsindən sonra mərkəzi amerikalıların ehtiyat oyunçular skamyasında qarışıqlıq yaranıb. Belə ki, Kosta-Rika yığmasının sevincini büruzə verən futbolçularla canlı yayımda olan televiziya əməkdaşları arasında insident yaranıb. Futbolçularla televiziya işçiləri arasındakı dava-dalaşın səbəbləri naməlum qalıb. Bu, görüşdən sonra qonaqların braziliyalı baş məşqçisi Rene Simoes üçün əla bəhanə olub: “Komandamın ən yaxşı oyununu göstərdiyi vaxt pauza yarandı. Bu da yetirmələrimin oyuna köklənməyini pozmaqla, uruqvaylıların xeyrinə işlədi”.

Qeyd edək ki, ilk matçda səfərdə minimal hesablı qələbə qazanan Uruqvay milli komandası 2010-cu ildə keçiriləcək dünya çempionatına vəsiqəyə sahib çıxıb.
0