“Azərreyl” 1/8 finalda - YENİLƏNİB
08.12.2009 - 19:16
“Azərreyl” 1/8 finalda - YENİLƏNİB
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün CEV kubokunun 1/16 final mərhələsinin cavab görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız Bakı İdman Sarayında Avstriya “SVS Post”u ilə qarşılaşıb. Rumıniyalı Nikolya Konstantin və litvalı Andrius Steponaviçiusun idarə etdiyi oyunda “Azərreyl” qələbə qazanaraq, 1/8 finala yüksəlib.

CEV kuboku, 1/16 final, cavab görüşü
“Azərreyl” - “SVS Post” (Avstriya) - 3:0 (25:18; 25:20; 25:15)
İlk oyun - 3:2
0