Norveç – Azərbaycan – 0:3
09.01.2010 - 19:57
Norveç – Azərbaycan – 0:3
Qızlardan ibarət Azərbaycan voleybol yığması Avropa çempionatının ilkin mərhələsində mübarizəyə qoşulub. Apasport.az saytının xəbərinə görə, milli komandamız Danimarkada təşkil olunan qitə birinciliyinin birinci oyununda Norveçi məğlub edib - 3:0 (25:11, 25:22, 25:19).
Voleybolçularımız növbəti görüşünün sabah meydan sahiblərinə qarşı keçirəcəklər. Qalib komanda ikinci mərhələdə iştirak etmək hüququ qazanacaq.
0