İki oyun canlı yayımda
02.02.2010 - 11:10
İki oyun canlı yayımda
Unibank Premyer Liqasının XVIII turunun iki oyunu canlı yayımlanacaq. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, azarkeşlər 2010-cu ildə keçiriləcək ilk turun iki qarşılaşmasını televiziya vasitəsilə izləyə biləcəklər. “İdman Azərbaycan” kanalı bu gün “Bakı” – “Turan”, sabah isə “Neftçi” – “Qarabağ” görüşlərini yayımlayacaq. Bu turda yalnız Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunları yayımlayacaq kanal bu gün 14:00, sabah isə 1 saat gec başlayan matçları tamaşaçılarına təqdim edəcək.
0