“Beşiktaş” Superliqa oyunlarını Bakıda keçirə bilər
09.02.2010 - 00:04
“Beşiktaş” Superliqa oyunlarını Bakıda keçirə bilər
İstanbulun “Beşiktaş” klubu Superliqa oyunlarını Bakıda keçirə bilər. Apasport.az saytının xəbərinə görə, bu barədə Türkiyə mətbuatı yazıb.

“Fotomaç” qəzetinin yazdığına inansaq, “Xəzər-Lənkəran” klubunun sahibi Mübariz Mənsimov artıq bu məqsədlə Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə danışıqlara başlayıb.

“Beşiktaş”ı Türk dünyasının ən böyük komandası adlandıran Mənsimov həmçinin qeyd edib ki, gələcəkdə bu klubun futbolçuları sahibi olduğu “Xəzər-Lənkəran”da forma geyinə bilərlər.
0