Berti Foqts üçün “Kinq Abdulla” - FOTO
10.02.2010 - 16:43
Berti Foqts üçün “Kinq Abdulla” - FOTO
Azərbaycan milli komandasının İordaniya ilə keçirəcəyi yoldaşlıq oyununun başlama vaxtı və yeri müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız asiyalılarla oyuna fevralın 25-də Bakı vaxtı ilə saat 20:00-da paytaxt Əmmanın “Kinq Abdulla” stadionunda çıxacaq.

Qeyd edək ki, bu stadion böyüklüyünə görə İordaniyanın ikinci futbol arenasıdır. Yalnız milli stadiondan geri qalan “Kinq Abdulla” 18 min tamaşaçı tutur.
0