Yol qəzasında ölən “Neftçi” əməkdaşlarının adları açıqlandı
14.02.2010 - 11:06
Yol qəzasında ölən “Neftçi” əməkdaşlarının adları açıqlandı
Dünən gecə “Neftçi” futbol klubunun Şamaxıda avtomobil qəzasına düşən dörd əməkdaşının adı açıqlanıb. Apasport.az saytının xəbərinə görə, həlak olanlardan biri həmkarımız, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində çalışan Alim Malikoğlu (Məmmədov), digəri Kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidovdur.

Digər iki yaralı isə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırlar. Bunlar komandanın icraçı-direktoru Mübariz Xudiyev və operator Dadaş Zeynalovdur.

Qəzaya uğrayan “Hyundai Sonata” avtomobilini Mübariz Xudiyev idarə edirmiş. Hadisədən az sonra klubun prezidenti Sadıq Sadıqov qəza yerinə baş çəkib. O dünyasını dəyişənlərin ailəsinə hər cür maddi və mənəvi dəstək göstərəcəyinə söz verib.

Hazırda komanda üzvlərinin yarısı Alim Malikoğlunun, yarısı isə Vahid Həmidovun yas mərasimində iştirak edir.
0