Parxomenko çempionluğun bir addımlığında
03.05.2010 - 10:12
Parxomenko çempionluğun bir addımlığında
Voleybol üzrə qadınlar arasında Rusiya çempionatında final mərhələsinin 2 qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə Azərbaycan yığmasının kapitanı Oksana Parxomenkonun formasını geyindiyi Moskva “Dinamo”su uğurlu çıxışını davam etdirir. Birinci oyunda “Zariçye Odinçeva”nı 3:1 hesabı ilə məğlub edən moskvalılar ikinci matçda 3:0 hesabı ilə qələbə qazanıblar. Millimizin üzvü hər 2 oyunda meydana çıxıb.

Qeyd edək ki, 3 qələbəyə kimi davam edəcək final mərhələsində “Dinamo” 2:0 hesabı ilə irəlidədir. Növbəti matç mayın 7-də keçiriləcək.
0