Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı
04.05.2010 - 19:55
Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı
Bu gün voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasının yekunlarına həsr edilmiş mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, “Delfin” oteldə keçirilən tədbirdə ilk “üçlük”də qərarlaşan “Rabitə”, “Lokomotiv” və “İqtisadçı” komandaları öz medallarına qovuşublar.

Çempiona medalları Azərbaycan nəqliyyat naziri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təqdim edib.

Çempionatda iştirak edən digər klublara - “Azərreyl” və “Nəqliyyatçı”ya isə həvəsləndirici mükafat verilib.

Mərasimdə, həmçinin I liqada çempion adını qazanan Sumqayıtın “Təhsil” komandasına kubok verilib.
0