Azərbaycan idmançıları Avropa Kubokuna buraxılmadılar
04.06.2010 - 14:08
Azərbaycan idmançıları Avropa Kubokuna buraxılmadılar
Atletika üzrə Azərbaycan yığması Fransanın Marsel şəhərində keçirilən Avropa kubokuna yollana bilməyiblər. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib.

O bildirib ki, yarışda ölkəmizi milliləşdirilmiş efiopiyalı idmançılar – Telahun Əliyev və Gezaşin Səfərova təmsil etməli olsalar da, viza problemləri səbəbindən Fransaya gedə bilməyiblər: “Atletlərimiz Marselə Azərbaycandan deyil, Efiopiyadan yollanmalı idilər. Bunun üçün onlar yarışa Mətin Sazakın rəhbərliyi altında çıxacaqdılar. Lakin viza problemləri həllini tapmadığından Avropa Kubokuna iştirak etməyəcəklər”.

Baş məşqçisi Telahun Əliyev və Gezaşin Səfərovanın bugünlərdə Azərbaycana gələcəyini və komandamızla birgə Maltaya gedəcəyini deyib: “Bu idmançılar Marselə gedə bilməsələr də, millimizlə Maltaya yollanacağı dəqiqdir. Atletlərimiz iyunun 19-20-də Maltada təşkil ediləcək komandalararası qitə kubokunda qüvvələrini sınayacaqlar”.

Qeyd edək ki, atletlərimiz Fransada 10000 metr məsafəyə qaçışda qüvvələrini sınamalı idilər.
0