Dünya çempionu sensasiyaya imkan vermədi - FOTOSESSİYA
15.06.2010 - 00:20
Dünya çempionu sensasiyaya imkan vermədi - FOTOSESSİYA
Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında bu gün daha 3 oyun baş tutub. Apasport.az saytının məlumatına görə, ilk oyunlarına çıxan Hollandiya və Yaponiya yığmaları ilk qələbələrini qazanıblar.

E qrupunda yer alan “narıncılar” Danimarka millisini sınağa çəkib. Qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. 46 və 85-ci dəqiqədə vurulan qollar hollandlara qələbə gətirib.

Günün digər matçında sensasion hesab qeydə alınıb. Hər halda, Afrikanın ən güclü yığmalarından sayılan Kamerunun Yaponiya millisinə uduzmasını gözlənilməz saymaq olar.

İtaliya yığması isə dünya çempionatının ilk oyununda məğlubiyyətdən canın zorla qurtarıb. Birinci hissədə hesabda geri düşən dünya çempionları fasilədən sonra bərabərlik qolunu vuraraq, sensasiyaya imkan verməyiblər.

14 iyun
E qrupu

16:30. HOLLANDİYA – DANİMARKA - 2:0

QOLLAR: S.Poulsen, 46 (avtoqol); Kuyt, 85
Yohannesburq. Sokker Siti stadionu
Hakim: Stefan Lannou (Fransa).
HOLLANDİYA: 1. Maarten Stekelenburq, 2. Qriqori van der Vil, 3. Con Heytinqa, 4. Yoris Mataysen, 5. Covanni van Bronkxorst, 7. Dirk Kuyt, 6. Mark van Bommel, 10. Uesli Sneyder, 8. Naycel de Yonq, 23. Rafael van der Vaart, 9. Robin van Persi.
DANİMARKA: 1. Tomas Sorensen, 4. Daniel Aqqer, 3. Simon Kyer, 6. Lars Yakobsen, 2. Kristian Poulsen, 10. Martin Yorgensen, 15. Simon Poulsen, 12. Tomas Kalenberq, 19. Dennis Rommedal, 20. Tomas Enevoldsen, 11. Niklas Bendtner.


19:00. YAPONİYA – KAMERUN - 1:0
QOL:: Honda, 39
Blumfonten. Fri Steyt stadionu
Hakim: Oleqario Benquerenc (Portuqaliya).
YAPONİYA: 21. Eyci Kavaşima, 2. Yuki Abe, 3. Yuiçi Komano, 22. Yudzi Nakadzava, 4. Tulio, 5. Yuto Nagatomo, 7. Yasuhito Endo, 17. Makoto Hasebo, 8. Daysuke Matsui, 18. Keycuke Honda, 16. Yoşito Okubo.
KAMERUN: 16. Hamidou Süleymani, 19. Stefan Mbia, 5. Sebastiyen Bassonq, 3. Nikolas Nkoulu, 2. Benoit Assou-Ekotto, 11. Jan Makun, 18. Enoh Eyonq, 15. Açille Vebo, 21. Joel Matip, 9. Sammuel Eto`O, 13. Erik Çupo-Moting.


F qrupu

23:30. İTALİYA – PARAQVAY - 1:1

QOLLAR: Daniel De Rossi, 63 - Antonin Alkaras, 40
Keyptaun. Qrin Point stadionu
Hakim: Benito Arçundiya (Meksika).
İTALİYA: 1. Canluicci Buffon, 19. Canluka Zambrotta, 5. Fabio Kannavaro, 3. Domeniko Krişito, 4. Corcio Kyellini, 22. Rikardo Montolivo, 6. Daniel De Rossi, 15. Kladio Markizi, 9. Vinçenso Yakvinta, 11. Alberto Çilardinyo, 10. Antonio Di Natale.
PARAQVAY: 1.Xusto Vilyar, 6. Karlos Bonet, 21. Antonin Alkaras, 14. Paulo Da Silva, 3. Kladio Morel, 13. Enrike Vera, 15. Viktor Kaseres, 16. Kristian Riveros, 17. Aureliano Torres, 18. Nelson Valdes, 19. Lukas Barrios.
0