“Azərreyl” növbəti mövsümə yeni kompleksdə başlayacaq
22.06.2010 - 13:13
“Azərreyl” növbəti mövsümə yeni kompleksdə başlayacaq
Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək “Azərreyl” üçün yeni idman kompleksi tikilir. Apasport.az saytının məlumatına görə, Dərnəgül şosesində inşa edilən kompleksin tikintisini italiyalı memarlar həyata keçirir. Burada istifadə olunan bütün voleybol avadanlıqları isə ən qabaqcıl şirkətlərdən gətirilib.

Yeni Voleybol İdman Kompleksinin növbəti mövsümün açılışında istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Super Liqasında mübarizə aparan “Lokomotiv” və “İqtisadçı”nın bazası var. “Rabitə”nin isə tezliklə onlara qoşulacağı gözlənilir.
0