Azərbaycan yığması Yeni Zelandiya ilə qarşılaşacaq
02.08.2010 - 16:25
Azərbaycan yığması Yeni Zelandiya ilə qarşılaşacaq
Basketbol üzrə Avropa çempionatının B divizionuna Türkiyədə hazırlaşan Azərbaycan yığmasının növbəti yoxlama görüşünün vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələri sabah sınaq matçına çıxacaqlar. Komandamızın rəqibi dünya çempionatının iştirakçısı Yeni Zelandiya olacaq.
Qeyd edək ki, iyulun 26-da Türkiyəyə yollanan basketbolçularımız 2 yoldaşlıq matçı keçirib və qələbə qazanıb.
0