Türkiyə yığması sabah Azərbaycan çempionu ilə oynayacaq
04.10.2010 - 15:42
Türkiyə yığması sabah Azərbaycan çempionu ilə oynayacaq
Çempionlar Liqasına hazırlığını Türkiyədə davam etdirən “Rabitə” voleybol klubu Türkiyə yığması ilə 2 yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, Dejan Brdjoviçin rəhbərlik etdiyi paytaxt komandası “ay-ulduzlu”larla ilk görüşünə oktyabrın 5-də çıxacaqlar. Dünya çempionatının final mərhələsinə hazırlaşan türklərin “Rabitə” ilə növbəti sınağı bu oyundan 2 gün sonra baş tutacaq.

Qeyd edək ki, hər 2 oyun saat 17:00-da İstanbulda keçiriləcək.
0