Rusiyalı məşqçi “Bakı”da ilk qələbəsini qazandı
20.10.2010 - 13:44
Rusiyalı məşqçi “Bakı”da ilk qələbəsini qazandı
Azərbaycan Super Liqasında mübarizə aparacaq “Lokomotiv” və “Bakı” yoldaşlıq görüşündə qarşılaşıblar. Apasport.az saytının məlumatına görə, “Lokomotiv” İdman Kompleksində baş tutan matçda Mixael Omelçenkonun debütü uğurlu alınıb. “Bakı”nın “sükanı arxasına” az öncə keçən rusiyalı mütəxəssisin yeni yaratdığı komanda “Lokomotiv”i 3:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, son mövsümdə Azərbaycan çempionatında “Nəqliyyatçı” adı altında çıxış edən “Bakı” turnir cədvəlində axırıncı yeri tutmuşdu.
0