“Bu qələbə bizə əlavə ruh yüksəkliyi verəcək”
03.12.2010 - 10:55
“Bu qələbə bizə əlavə ruh yüksəkliyi verəcək”
“Çox ağır bir oyun oldu. Şadam ki, belə gərgin qarşılaşmada qələbə qazanmağı bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

Çempionlar Liqasının II turunda İtaliyanın “Skavolini” komandasına 3:1 hesabı ilə qalib gələn serbiyalı çalışdırıcı görüşə münasibət bildirib: “Bu qələbə bizə əlavə ruh yüksəkliyi verəcək. Çünki çətin bir rəqiblə dueldən qalib ayrılmağı bacardıq. Bu növbəti görüşlərdə daha gözəl oyun nümayiş etdirmək üçün zəmin yaratdı. Düzdür, üçüncü hissədə bir qədər çətinliklə üzləşdik. Lakin yetirmələrim tez özlərinə gəlməyi bacardılar. Onlar daha yaxşı oynaya da bilərdilər”.
0