Natalya Məmmədova: Qələbə bizə çox lazım idi
03.12.2010 - 12:00
Natalya Məmmədova: Qələbə bizə çox lazım idi
“Bu qarşılaşmada qalib gəlmək bizə çox vacib idi. Qələbə həm şansımızı artırmaq, həm də özümüzə inam üçün yerinə düşdü”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Rabitə” voleybol klubunun kapitanı Natalya Məmmədovaya məxsusdur.

Çempionlar Liqasının qrup mərhələsinin II turunda İtaliya “Skavolini”sinə 3:1 hesabı ilə qalib gələn paytaxt komandasının təcrübəli üzvü bildirib ki, rəqibi məğlub etdikləri üçün çox sevinclidir: “Gərgin oyun oldu. Azərbaycan azarkeşləri həmişə möhtəşəmdirlər və bu dəfə də bizə böyük dəstək oldular. Çox şadam ki, zala toplaşan voleybolsevərlərə qələbə hədiyyə edə bildik”.
0