Super Liqanın gümüş mükafatçısı qələbə qazana bilmir
06.12.2010 - 09:44
Super Liqanın gümüş mükafatçısı qələbə qazana bilmir
Qadın voleybolçular arasında Super Liqanın II turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən görüşlərdə sensasiya qeydə alınmayıb.

Günün ilk matçında “Bakı” “Şirvan”a qalib gəlib. İlk oyunda “Lokomotiv”i məğlub edən Adnan Kistakın komandası bu dəfə “quru hesabla” uduzub.

“Lokomotiv” – “İqtisadçı” görüşü “universitet komandası”nın qələbəsi ilə yekunlaşıb. I turda məğlub olan hər 2 komandanın duelindən “iqtisadçılar” qalib ayrılıblar.

Turun mərkəzi görüşü - “Azərreyl” – “Rabitə” oyununun maraqlı keçəcəyi gözlənilsə də, bu baş verməyib. Yalnız I setdə qələbə qazanan Vüqar Əliyevin yetirmələri növbəti hissələrdə son Azərbaycan çempionundan zəif olublar. Nəticədə Super Liqada II qələbəsini qazanan “Rabitə” Super Liqanın vahid liderinə çevrilib. Aktivində 3 xalı olan “Azərreyl”, İqtisadçı, “Bakı” və “Şirvan” 2-5-ci yerləri bölüşürlər. Azərbaycan çempionatının gümüş mükafatçısı “Lokomotiv” isə qələbə üzünə həsrətdir.

II tur
“Bakı” – “Şirvan” - 3:0 (25:12, 25:22, 25:16)
“Lokomotiv” – “İqtisadçı” – 0:3 (23:25, 18:25, 23:25)
“Azərreyl” – “Rabitə” – 1:3 (25:22, 19:25, 22:25, 22:25)


1. Rabitə 2 2 0 6-1 4
2. Azərreyl 2 1 1 4-3 3
3. İqtisadçı 2 1 1 3-3 3
4. Bakı 2 1 1 3-3 3
5. Şirvan 2 1 1 3-5 3
6. Lokomotiv 2 0 2 2-6 2
0