İqor Mitreski: Futbolda belə hallar çox olur
14.01.2011 - 18:28
İqor Mitreski: Futbolda belə hallar çox olur
“Bizim hər məşqimiz final oyununa bənzəyir. Hətta məşqimiz sona çatandan sonra bizdən kiminlə oynadığımızı soruşurlar”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin makedoniyalı futbolçusu İqor Mitreskiyə məxsusdur.

Türkiyədə hazırlıq keçən “Neftçi”nin müdafiəçisi bildirib ki, Arif Əsədovun rəhbərliyi altında çempion olmaq istəyirlər: “Mən bir çox ölkələrdə legioner həyatı yaşamışam. Ancaq burada olan istəyi, heç yerdə görməmişəm. Təbii ki, mən də təcrübəli futbolçu kimi komandamızın gənc üzvlərinə lazım olanda bəzi məqamları deyirəm. Onlar da bunu çox gözəl qəbul edirlər. İstəyirik ki, baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məhz biz futbolçularla çempion olaraq, uğura imza ataq. Axı tarixdə yalnız uğurlar qalır. Futbolda belə hallar çox olur, əvvələr klubun şərəfini qoruyan futbolçu, sonradan həmin komandanın baş məşqçisi olur. Belə olan təqdirdə, təbii ki, həmin məşqçi öz doğma klubunun uğur qazanması üçün daha çox ürəklə çalışır”.

Mənbə: neftchifc.com
0