Super Liqanın VI turunun başlama saatı açıqlandı
17.01.2011 - 16:17
Super Liqanın VI turunun başlama saatı açıqlandı
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının VI turunun başlama saat dəqiqləşib. Apasport.az saytının məlumatına görə, sabah “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək II dövrənin ilk matçı saat 14:00-da start götürəcək. Bu oyunda “Azərreyl” - “Bakı” klubları üz-üzə gələcək. Bu oyundan 2 saat sonra “Rabitə” və “İqtisadçı” voleybolçuları münasibətlərinə aydınlıq gətirəcəklər. Turun son görüşündə isə “Lokomotiv” - “Şirvan” qarşılaşması keçiriləcək.

Xatırladaq ki, V turdan sonra yalnız 1 dəfə məğlubiyyət acısı yaşayan “Rabitə” və “Azərreyl” 9 xalla ilk 2 pillədə qərarlaşıb. 8 xalla 3-cü yerdə gedən “İqtisadçı”nı onlardan 1 xal az toplayan “Lokomotiv” izləyir. Son 2 pillədə yer alan “Bakı” və “Şirvan” isə 6 xala sahibdirlər. Super Liqada pley-off mərhələsinə yüksələcək komandaların adları isə fevralın 16-da bilinəcək.


II dövrə
VI tur

18 yanvar
14:00. “Azərreyl” - “Bakı”
İlk oyun: “Bakı” – “Azərreyl” - 0:3 (19:25, 21:25, 16:25)

16:00. “Rabitə” - “İqtisadçı”
İlk oyun: “İqtisadçı” – “Rabitə” - 0:3 (14:25, 27:29,19:25)

18:00. “Lokomotiv” - “Şirvan”
İlk oyun: “Şirvan” - “Lokomotiv” - 3:2 (18:25; 25:21; 26:28; 26:24; 15:13)

1

Rabitə

5

4

1

14-4

9

2

Azərreyl

5

4

1

13-5

9

3

İqtisadçı

5

3

2

11-8

8

4

Lokomotiv

5

2

3

8-12

7

5

Bakı

5

1

4

5-12

6

6

Şirvan

5

1

4

4-14

6

0