Mario Qomes: Bura böyük məqsədlə gəlmişik
13.06.2012 - 17:08
Mario Qomes: Bura böyük məqsədlə gəlmişik
“Çox sərt oyun oldu. Heç kim Portuqaliyadan asanlıqla 3 xal götürəcəyini düşünməsin”. Apasport.az saytının xəbərinə görə, bunu Almaniya yığmasının hücumçusu Mario Qomes deyib.

Avro-2012-nin final mərhələsi çərçivəsində B qrupunda yer alan Almaniya millisi Qomesin vurduğu qolla yarışa qələbə ilə başlayıb. Arxada qalan oyun haqda danışarkən, “Bavariya”nın forvardı bundan da artığını bacara biləcək gücdə olduqlarını bildirib: “Başlanğıcda komandalar tezliklə kənarda qalmamağa çalışırlar. Fikrimcə, qazandığımız 3 xal çox əhəmiyyətlidir. Potensialımıza bələdik və daha yaxşı oynaya bilərik”.
Qitə birinciliyinə böyük məqsədlə gəldiklərini deyən forvard işlərinin çətinləşdiyini vurğulayıb: “Biz bura böyük məqsədlə gəlmişik. İşimiz çətindir və gündən-günə oyunumuzu yüksəltməliyik. Daha yaxşısını etmək imkanımız var. Ancaq bu, heç də asan olmayacaq”.

Bugünkü rəqibləri Hollandiya haqda da danışan ulduz futbolçu çətin olacağını deyib: “Üz-üzə gəlməyimiz bir-birimiz üçün çətin olacaq. Birinci oyunda Hollandiya yığması çoxsaylı qol epizodları yaratdılar, amma onları realizə edə bilmədilər. Axşam maraqlı oyun olacaq”.
0