Azərbaycan – Rusiya matçı rekord qırdı
18.10.2013 - 08:38
Azərbaycan – Rusiya matçı rekord qırdı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Rusiya oyununu rekord sayda azarkeş izləyib. Apasport.az saytı xəbər verir ki, 22 milyon şimallı Bakıda baş tutan duelə “Birinci kanal” vasitəsi ilə canlı baxıb.

Rusiyalı həmkarlarımızın hesablamalarına görə, bu, başa çatan tsikldə rekord göstəricidir. Bunadək ən böyük auditoriyanı Rusiya – Portuqaliya matçı toplayıbmış – 17 milyon.

Qeyd edək ki, “Bakcell Arena”da keçirilən görüşdə Rusiya yığması millimizlə bərabərə qalaraq (1:1) dünya çempionatına birbaşa vəsiqə qazanıb.
0