Useyn Bolt “ilin atleti” seçildi
17.11.2013 - 15:49
Useyn Bolt “ilin atleti” seçildi
Kişilər arasında 100 və 200 metr məsafəyə qaçışda dünya rekordçusu olan Useyn Bolt daha bir uğura imza atıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Atletizm Federasiyaları Birliyi (IAAF) dünyada “ilin atleti” mükafatını beşinci dəfə yamaykalı idmançıya verib.

Monte Karloda təşkil edilən tədbirdə bu il Moskvada keçirilən dünya çempionatında 100, 200 və 4x100 metrə məsafələrə qaçışda qızıl medal qazanan Boltun uğuru diqqətdən kənar qalmayıb. 27 yaşlı sprinter daha öncə 2008, 2009, 2011 ve 2012-ci illərdə “ilin atleti” seçilmişdi.

Qadınlar arasında “ilin atleti” mükafatına isə Useyn Boltun həmyerlisi Şelli-Enn Freyzer-Prays layiq görülüb. O da Moskvada təşkil edilən sonuncu dünya çempionatında analoji uğura imza atmışdı.

Qeyd edək ki, əlavə olaraq, hər iki idmançıya 100 min dollar mükafat verilib.
0