“Azərbaycanla oyun təkrarlanmamalıdır”
27.12.2013 - 09:00
“Azərbaycanla oyun təkrarlanmamalıdır”
“Dünya çempionatının final mərhələsində elə qrupa düşmüşük ki, bu komandalarla oynamaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış futbol şərhçisi Gennadi Orlov deyib.

Rusiyalı mütəxəssis DÇ-2014-ün final mərhələsi haqda danışıb. O bildirib ki, ölkəsinin milli komandası Braziliyadakı mundialda da uğurla çıxış edə bilər. Orlov seçmə mərhələnin Bakıdakı qarşılaşmasında (1:1) yaşanan uğursuzluğun Cənubi Amerikada da yaşanmasını istəyir: “Ən əsası yaxşı futbol göstərməkdir. Azərbaycanla oyunun təkrarlanmamalıdır. Yığma öz əzmkar xüsusiyyətlərini göstərməlidir. Dünya və Avropa çempionatları da onunla yadda qalır ki, səviyyədə rəqibinə uduzan tərəf istək və əzmlə qalib gələ bilir”.
0