“Azərbaycan millisində çıxış etmək fikrində deyiləm” - MÜSAHİBƏ
10.01.2014 - 10:23
“Azərbaycan millisində çıxış etmək fikrində deyiləm” - MÜSAHİBƏ

Ukraynalı ağırlıqqaldıran Yuliya Kalina (58 kq) ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, London Olimpiadasının bürünc mükafatçısı Azərbaycandan təklif almağı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. O, həmçinin Bakıda baş tutan IWF Qran-Prisində zəif çıxışının da səbəblərini açıqlayıb.

- Beynəlxalq Ağır Atletika Federasiyasının “IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku”nda iştirakınızı necə şərh edərdiz?
- Bakıdakı son yarış mənim üçün çox vacib idi. Lakin turnir öncəsi belimdən zədə almışdım. Bu da nəticəmə təsir etdi. 2 hərəkətin cəmində nəticə qazanmaq üçün təkanla qaldırmada 1 cəhd etməliydim ki, hədər yerə oraya getmədiyimi göstərim. Lakin bu alınmadı və mükafatçılar sırasına düşə bilmədim. Birdən qaldırmada dünya çempionatındakı nəticəmi təkrarladım, təkanla qaldırmada isə ağrılar özünü göstərdi.

- Bəlkə mövsümün sonunda – dekabrda Bakıda keçirilən yarışa heç getməyəydiz?
- Olardı. Amma ili yarışda iştirakla bitirmək istəyirdim. Sübut etmək istəyirdim ki, mövsümü boşa verməmişəm. Həmçinin, Azərbaycanda yaxşı pul mükafatları vardı.

- Azərbaycan digər ölkələrin idmançılarını milliləşdirir. Sizə belə bir təklif olmadı ki?
- Mənə vətəndaşlığımı dəyişmək təklifi olmayıb. Lakin şayiələr gəzirdi ki, mənə belə təkliflər etmək istəyirlər. İndidən deyim ki, mən razılaşmaram. 4 həmyerlimin Azərbaycanda çıxış etməsinə baxmayaraq, vətəndaşlığımı dəyişmək fikrində deyiləm.

- Bakıdakı turnirdən sonra məşqləriniz necə davam edir?
- Bərpa dövrü keçirəm. Gəldikdən sonra demək olar ki, məşq etmirəm. Hovuza gedirəm. Dekabrın 22-dən Mariupoldayam. Burada da hazırlığımı davam etdirirəm.

0