Neymar meydana çıxan uşağı xilas etdi – VİDEO
06.03.2014 - 20:43
Neymar meydana çıxan uşağı xilas etdi – VİDEO

Futbol üzrə Braziliya yığmasının hücumçusu Neymar Cənubi Afrika Respublikası ilə yoldaşlıq görüşü zamanı meydana çıxan uşağı stuardlardan xilas edib. Apasport.az saytının məlumatına görə, stüardlar təxminən 5-6 yaşında olan uşağı aparmaq istəyərkən, Neymar özünü yetirib və uşağı onlardan alıb.

 

Braziliyalı futbolçular stuardların əlindən alınan uşağı bir neçə dəfə atıb-tutublar. “Çelsi”Nin müdafiəçisi David Luiz isə onun Neymarla şəklini çəkib.

 

CAR və Braziliya yığmalarının Yohannesburqda keçirilən yoldaşlıq görüşü amerikalıların 0:5 hesablı qələbəsi ilə başa çatıb. Qollardan üçünü Neymar öz hesabına yazıb. Daha iki qolu Oskar və Fernandinyu vurublar.

 

Oyundan sonra Braziliya yığmasının baş məşqçisi Luiz Felipe Skolari qeyd edib Ki, afrikalılar çox yaxşı oyun göstəriblər və hesab meydanda baş verən reallığı əks etdirmir.

 

 

0