“Bacılar”ın duelində çətin qələbə
10.03.2014 - 20:36
“Bacılar”ın duelində çətin qələbə

Bu gün qadın voleybolçular üzrə ölkə çempionatının XI turunun 2 oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, eyni sponsordan maliyyələşən komandaların duelində “Azəryol” “Azərreyl”i qəbul edib.

Gərgin keçən görüşdə “Azəryol” hesabda 2:0 öndə olsa da, “dəmiryolçular” tarazlığı bərpa edə bilib. Ancaq təcrübə sonda öz sözünü deyib və “Azəryol” matçdan qalib ayrılıb.

 

Günün digər qarşılaşmasında "İqtisadçı" "Lokomotiv"lə üz-üzə gəlib. Hesabat turunda “Azəryol”a “quru hesabla” uduzan “tələbələr” bu dəfə çətinliklə də olsa 2 xal qazanıblar.

 

Beləliklə, bu oyunlardan sonra turnir cədvəlində dəyişiklik olmayıb. Turnir cədvəlinə rəqiblərindən 1 oyun az keçirən “Rabitə” başçılıq edir. “Azəryol” ikinci, “İqtisadçı” üçüncü yerdədir.


10 mart
XI tur
Azəryol – Azərreyl 3:2 (25:13, 25:20, 19:25, 23:25, 15:13)

İqtisadçı - Lokomotiv 3:2 (25:20, 19:25, 23:25, 25:23, 15:11)

 

 

  1

Rabitə

10

9

1

28-5

817-645

27

2

Azəryol

11

9

2

28-18

1031-981

23

3

İqtisadçı

11

7

4

25-20

1000-949

21

4

Azərreyl

11

3

8

18-27

949-1016

12

5

Lokomotiv

11

3

8

18-27

940-1035

11

6

Telekom

10

1

9

9-29

785-896

2

 

Qeyd edək ki, martın 15-16-da keçiriləcək “Dördlər finalı” ilə bağlı XI turun “Rabitə” – “Telekom” görüşü təxirə salınıb. 

0