Məmmədyarov Andreykinlə heç-heçə etdi - YENİLƏNİB
26.03.2014 - 17:58
Məmmədyarov Andreykinlə heç-heçə etdi - YENİLƏNİB

Şahmat tacı uğrunda iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Xantı-Mansiyskdə təşkil olunan yarışın XI turunun görüşləri baş tutacaq.

Yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov növbəti oyununu rusiyalı Dmitri Andreykinə qarşı keçirib. Turun digər matçları kimi, bu dueldə də heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Məmmədyarov növbəti turda rusiyalı Sergey Karyakinlə üz-üzə gələcək.

26 mart
XI tur

Dmitri Andreykin (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Pyotr Svidler (Rusiya) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5



Turnir cədvəli: Anand – 7 xal; Aronyan – 6; Məmmədyarov, Svidler, Karyakin – 5,5, Kramnik, Andreykin – 5; Topalov – 4,5

0