Leroy Corc: Başqa klublardan təklif almışam...
14.04.2014 - 11:05
Leroy Corc: Başqa klublardan təklif almışam...

“Qarabağ” klubunun yarımmüdafiəçisi Leroy Corcun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXX turunda “Rəvan”ı 5:1 hesabı ilə məğlub etməklə, ardıcıl 7-ci qələbənizi qazandınız...

- Böyük hesabla qalib gəlsək də, qarşılaşma bizim üçün çətin keçdi. Fasiləyədək cəmi 1 qol vura bildik və fərqlənmək üçün rəqibin də şansı var idi. Yaxşı müdafiə olunub, hücumlar da qurudular. İkinci hissədə isə üstünlüyü tamamilə ələ keçirdik. Nəticədə rəqibi darmadağın etdik.

 

 - Hesabat turunadək ən yaxın izləyiciniz olan “Neftçi” “İnter”ə uduzdu. Artıq ikinci pillədə yer alan komanda ilə xal fərqiniz 13-dür...

 - Başqa komandaların necə oynaması məni maraqlandırmır. Bizim işimiz meydana çıxıb qələbə qazanmaqdı.

 

 - Komandanızın artıq növbəti turda Zaqatalada “Simurq”a qalib gələcəyi təqdirdə çempion olmaq şansı yaranıb.  Amma bunun üçün “İnter” və “Neftçi” turu xalsız başa vurmalıdır...

 - Qarşıdakı turlarda hansı nəticələrin qeydə alınacağını bilmək olmaz. Bəlkə də növbəti 3 turda çempionluğumuz rəsmiləşmədi. Bizim vəzifəmiz qarşıdakı oyunların hər birini 3 xalla başa vurmaqdı.

 

 - Növbəti 6 turda güclü komandalarla oynayacaqsınız...

 - Bizim üçün kiminlə oynamağın fərqi yoxdur. Hər oyuna eyni yanaşırıq. Qarşıda 6 çətin oyun varsa, hamısına eyni cür yanaşacağıq.

 

 - Zaqatala səfəri  “Qarabağ” üçün çətin sayılır. Cari mövsüm bu komandanı məğlub edə bilməmisiniz...

- Biz Zaqatalaya da 3 xal üçün yollanacağıq. İnanıram ki, bu dəfə səfərdən qələbə ilə dönəcəyik.

 

 - Mövsüm sona yaxınlaşır və artıq futbolçuların başqa klub keçmək üçün şansları yaranır. Sizə başqa klublardan təkliflər varmı?

 - Var, amma mən yalnız “Qarabağ” haqda düşünürəm.

 

0