UEFA “Mançestr Siti” və PSJ-ni cəzalandıracaq
15.04.2014 - 19:30
UEFA “Mançestr Siti” və PSJ-ni cəzalandıracaq

UEFA maliyyə fair play qaydalarını pozduqlarına görə İngiltərənin “Mançester Siti” və Fransanın “Pari Sen-Jermen” klublarını cəzalandırmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, onlar ya böyük məbləğdə cərimə ediləcəklər, ya da müəyyən vaxta kimi transfer həyata keçirə bilməyəcəklər.

 

UEFA-nın maliyyə nəzarəti üzrə müstəqil orqanı yaxın iki gündə iclas keçirəcək. Həmin iclasda komandalara hansı sanksiyaların tətbiq olunacağı ilə bağlı qərar qəbul olunacaq. “The Guardian” qəzeti yazır ki, hələlik komandaların avrokuboklardan kənarlaşdırılması gündəmdə deyil.

 

UEFA Avropanın adları çəkilməyən daha 20 klubunu nəzarət altına alıb. Amma onların qayda pozuntusu “Mançester Siti” və PSJ ilə nisbətdə daha kiçikdir. Ümumilikdə isə son vaxtlar UEFA 70-dən çox komandanı yoxlayıb.

 

UEFA maliyyə fair play qaydalarını 2012-ci ildən tətbiq etməyə başlayıb. Bu qaydalara görə, klublar qazandıqları məbləğdən çox pul xərcləyə bilməzlər.

 

 

0