Andrea Pirlo: “Barselona”ya dizi üstə sürünərək gedərdim
16.04.2014 - 02:37
Andrea Pirlo: “Barselona”ya dizi üstə sürünərək gedərdim

“Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlo 2010-cu ildə Xosep Qvardiolanın onu “Barselona”ya çağırdığını etiraf edib. Apasport.az saytının məlumatına görə, futbolçu bu barədə yenicə çapdan çıxan avtobioqrafiyasında bildirib.

 

Pirlo yazıb ki, Qvardiola 2010-cu ildə gözlənilmədən onu kabinetinə dəvət edib: “Baş məşqçi kimi dərhal hücuma keçməyi öyrənmişdi. Əlavə heç nə söyləmədən mənə dedi ki, “Barselona”da oynamağımı istəyir. O zaman futbolçusu olduğum “Milan”la danışmışdılar və klub yox cavabını vermişdi. O isə təkid edirdi. Bildirdi ki, onlara Havi, İnyesta, Buskets kimi daha bir oyunçu lazımdır və mənim dünya səviyyəli yarımmüdafiəçi olduğumu söylədi”.

 

Futbolçu yarım saat ərzində heç nə deməyərək susduğunu, gözlənilməz təklifdən hərəkətlərinin iflic olduğunu etiraf edib: “Mən “Barselona”ya dizi üstə sürünərək gedərdim. O zaman onlar dünyanın ən yaxşı komandası idilər. Daha nə demək olar? Kataloniyalıların göstərdiyi futbolu uzun müddət idi ki, heç kim görmürdü. Qısa ötürmələr, topa fenomenal nəzarət etmək bacarığı… Danışıqlar bir müddət davam etdi və son nəticədə “Milan” məni buraxmadı. O zaman “Milan” mənə hələ inanırdı və buraxmırdı. Mən hələ lazım idim…”

 

 

0