Zidan: “Real” Ronaldosuz da gözəldir
16.04.2014 - 06:50
Zidan: “Real” Ronaldosuz da gözəldir

 

“Real Madrid” klubunun idman direktoru Zinəddin Zidan komandanın Ronaldo olmadan da “Barselona”ya qalib gələ biləcəyini iddia edib. Apasport.az saytının məlumatına görə, fransız mütəxəssis komandanın hücumçusu Haret Beylin oyunu öz üzərinə götürə bildiyini vurğulayıb.

 

Zidan bildirib ki, Beyl komandaya gələndə ona təzyiq göstərmək istəməyib: “Beyl isə nə qədər müstəsna olduğunu göstərə bildi. Ronaldo kimi Beyl də təzyiqin öhdəsindən gələ və vacib məqamlarda oyunu öz üzərinə götürə bilir. Ronaldo dünyanın ən yaxşı oyunçusudur. Buna baxmayaraq, futbolçularımızdan heç bir düşünmür ki, onsuz qalib gəlmək mümkün deyil. Əlbəttə, biz onun tam sağlam olaraq meydana çıxmasını istərdik. Amma “Real” Ronaldosuz da gözəldir”.

 

 

0