Ərsun Yanal üçün Mustafa Dənizli nümunəsi
16.04.2014 - 10:18
Ərsun Yanal üçün Mustafa Dənizli nümunəsi

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin Türkiyədə üzləşdiyi haqsızlıq hələ də unudulmayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin “Fənərbaxça”da işləyərkən yaşadıqları problemlər ölkə mətbuatında yenidən qabardılıb.

 

Buna səbəb isə Ərsun Yanal olub.

 

Belə ki, həmkarlarımız komandanı çempionluğa daşımağa yaxın olan mütəxəssisi az qala qəhrəmana çevirənlərin etibarsızlığını önə çəkib. Onların iddiasına əsasən, “Fənərbaxça”lılar komandanı uğurlara daşıyan məşqçilər büdrəyən kimi onlardan üz döndərir. Buna 12 il əvvəl Dənizli ilə başlanılıb: “Əvvəl bizi “yüzbaşı” dedikləri Mustafa Dənizlinin üstünə azarkeşlər göndərildi. Ziko Çempionlar Liqasının 1/4 finalına çıxardığı mövsümdə qovuldu. Sonra Luis Araqones, Aykut Kocaman... İndi də hamı Ərsun Yanalı göstərir”.

 

Qeyd edək ki, 2000-02-ci illərdə İstanbul klubunu çalışdıran Dənizli “Fənərbaxça”nı çempion edən ilk türk mütəxəssis kimi tarixə düşüb.

0