“Trabzonspor” və “Beşiktaş”ın sabiq baş məşqçisi Bakıya gəldi
16.04.2014 - 14:11
“Trabzonspor” və “Beşiktaş”ın sabiq baş məşqçisi Bakıya gəldi

Türkiyəli məşqçi Samet Aybaba bu gün səhər saatlarında Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, onun ölkəmizə gəlişinin səbəbkarı “Rəvan”ın baş məşqçisi Güvənç Kurtar olub.

 

Belə ki, Aybaba Kurtarın yaxın dostudur. “Trabzonspor”, “Beşiktaş” və bir çox Anadolu komandalarını çalışdırmış 58 yaşlı məşqçi ölkəmizə tək gəlməyib. Belə ki, o, hazırda Türkiyə Futbol Federasiyasında məşqçilik kurslarından dərs keçən İsmail Dilbərlə birgədir. Onlar bu gün ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində saat 19:00-da başlayacaq “Neftçi” – “Rəvan” matçını stadiondan izləyəcək.

 

Qeyd edək ki, Samet Aybabanın sonuncu klubu “Antalyaspor” olub. Ancaq bu komanda ötən ay “Çaykur Rizəspor”a 1:2 hesabı ilə yenildikdən sonra baş məşqçi istefaya göndərilib.

 

0