Cabbarovun debütü: “Neftçi” itki, “Rəvan” qələbə görməyib
16.04.2014 - 14:13
Cabbarovun debütü: “Neftçi” itki, “Rəvan” qələbə görməyib

Rauf Cabbarov Azərbaycan kubokunun cari mövsümündə ilk matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, yarımfinalın bu gün keçiriləcək “Neftçi” – “Rəvan” qarşılaşmasına təyinat alan referi kubokun əvvəlki mərhələlərində matç idarə etməmişdi.

 

Cari mövsüm 16 çempionat matçında fit çalan ədalət təmsilçisi Topaz Premyer Liqasında hər iki komanda ilə görüşüb. “Neftçi” Cabbarovun idarə etdiyi 3 oyunun hamısında qalib gəlib. Hər dəfə 2 qol vuran bakılılar bu ənənəni davam etdirməyə çalışacaq. Bu matçlarda referi 2 penalti təyin edib. Həm “Neftçi”, həm də rəqib bu imkandan yararlanıb.

 

“Rəvan” isə Cabbarovla daha çox qarşılaşıb.  Autsayder bu hakimin idarə etdiyi 4 matçda qələbə qazanmayıb. Paytaxt təmsilçisi əvvəl 2 qolsuz heç-heçəyə nail olsa da, sonrakı görüşlərdə minimal fərqlə uduzub. Bu qarşılaşmaların birində isə Güvənc Kurtarın yetirmələri həm penalti, Həm qırmızı vərəqə ilə cəzalanıb.

 

 

0