Niasse qayıtdı, Abdullayev ehtiyatda qaldı
16.04.2014 - 14:32
Niasse qayıtdı, Abdullayev ehtiyatda qaldı

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” – “Xəzər Lənkərtan” görüşünün heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, əcnəbi mütəxəssislər Yuri Syominlə Mustafa Dənizli bu gün keçiriləcək matçda güvənəcəkləri futbolçuları müəyyənləşdirib.

 

Oyunun protokolunda diqqəti çəkən məqamlar İbrahima Niasse və Elnur Abdullayevlə bağlıdır. Seneqallı legioner zədə üzündən xeyli müddət kənarda qalsa da. nəhayət start heyətinə dönüb. Dənizli isə son turda olduğu kimi yenə Abdullayevə “11-lik”də güvənməyib.

 

“Qəbələ”: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 2. Rail Məlikov, 4. Amid Quluzadə, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 42. Leonardo da Silva, 45. Murad Musayev
Baş məşqçi: Yuri Syomin  
 

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rasim Ramaldanov, 8. Dejan Blajevski, 11. Zohair Banouahi, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 23. Nikola Qliqorov, 27. Adrian Skarlatake
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 12. Junior Nildo, 30. Elias Ribeiro
Baş məşqçi: Mustafa Denizli       

 

0