“İnter” “5” aldı
16.04.2014 - 15:26
“İnter” “5” aldı

Topaz Premyer Liqasının XXX turunun ən yaxşı futbolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “İnStat” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Silva isə turun ən yaxşı oyunçusu seçilib.

 

Turun rəmzi yığmasında isə “İnter”in üzvləri çoxluq təşkil edib – 5 futbolçu. “Neftçi” və “Bakı”nın hərəsinin 2 oyunçusunun yer aldığı “11-liy”ə “Qarabağ”la “Simurq”un da təmsilçisi daxil olub.

 

Qapıçı – Saşa Stamenkoviç (Neftçi)
Müdafiəçilər – Matija Spiçiç (İnter), Yohan Bokonyano (İnter), İqor Mitreski (Neftçi), Araujo Santos (Bakı)
Yarımmüdafiəçilər – Mikel Alvaro (İnter), Abdulla Abatsiyev (İnter), Asif Məmmədov (İnter), Əfran İsmayılov (Bakı)
Hücumçular – Reynaldo (Qarabağ), Draqan Çeran (Simurq)

 

Mənbə: pfl.az

0