Frank de Bur: “Barselona”ya gələrəm
17.04.2014 - 06:52
Frank de Bur: “Barselona”ya gələrəm

 

Hollandiyanın “Ayaks” futbol klubunun baş məşqçisi Frank de Bur “Barselona”ya başçılıq etmək üzərində düşünə biləcəyini bildirib. Apasport.az saytının məlumatına görə, bundan əvvəl kataloniyalıların de Bura maraq göstərdiyi bildirilirdi.

 

1998-2003-cü illərdə “Barselona”nın heyətində futbolçu kimi çıxış edən hollandiyalı mütəxəssis heç nəyi istisna etmədiyini bildirib: “Mən “Ayaks”da xoşbəxtəm. Amma “Barselona”ya başçılıq etmək imkanı yaransa, bundan istifadə edəcəyəm. Əgər Qvariola kluba qayıtsa, bu, çox böyük üstünlük olacaq”.

 

Qeyd edək ki, digər hollandiyalı, “Barsa”nın keçmiş baş məşqçisi Yohan Kroyff yaranmış vəziyyətdə ə yaxşı çıxış yolunun Qvardiolanı komandaya qaytarmaq olduğunu vurğulayıb.

 

 

0