Qurban Berdıyev “Rubin”ə qayıtmağa hazırdır
18.04.2014 - 05:26
Qurban Berdıyev “Rubin”ə qayıtmağa hazırdır

 

“Rubin” futbol klubunun keçmiş baş məşqçisi Qurban Berdıyev Rusiyanın bütün digər klublarının təklifini rədd edir. Apasport.az saytının məlumatına görə, 61 yaşlı mütəxəssis keçmiş komandasına qayıtmağa hazırdır.

 

Berdıyevi ötən ilin dekabrında klubun baş direktoru Andrey Qromovla bir yerdə işdən çıxarıblar. Bundan sonra tatar mütəxəssisə Rusiyanın “Dinamo”, “Spartak” və “Zenit” kimi böyük klublardan dəvət gəlib. Amma Berdıyev bəyan edib ki, Rusiyada ancaq “Rubin”i çalışdıra bilər. Səbəb isə sadədir – mütəxəssisə yeni komandasının başında “Rubin”ə qarşı oynamaq istəmir. O, ehtiyac yaransa, yenidən “Rubin”ə qayıtmağa hazırdır. Buna görə də, digər klubların təklifini hələlik nəzərdən keçirmir.

 

Mütəxəssisə gələn təkliflər isə kifayət qədərdir. Onu İtaliya, İspaniya, Türkiyə, Qətər və Küveyt klubları dəvət edir. Bundan əlavə, Kiyev “Dinamo”sunun sahibi İqor Surkis də onu komandasının başında görmək istəyib. Surkis Berdıyevə Kazan klubunda aldığından 5 dəfə çox pul təklif edib, ona klubu formalaşdırmaqla bağlı tam səlahiyyət vəd edib. Amma mütəxəssis mayın sonuna qədər heç bir təklifi nəzərdən keçirməyəcəyini vurğulayıb.

 

Qeyd edək ki, Berdıyevin dövründə Rusiya çempionatının liderlərindən olan “Rubin” hazırda turnir cədvəlində 10-cu pillədədir. Komandanı yüksək liqanı tərk edəcək zonadan cəmi 7 xal ayırır.

 

 

 

0