Yuri Syomin: Mən ona inanıram
18.04.2014 - 08:10
Yuri Syomin: Mən ona inanıram

“Kiyev “Dinamo”sunda baş verənləri mən də “Şaxtyor”la Donetskdəki qarşılaşmadan sonra yaşamışdım. Bu addım məşqçinin və prezidentin məsuliyyətidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis xeyli müddət rəhbərlik etdiyi Ukrayna “Dinamo”sundakı baş məşqçi istefasına münasibət bildirib. Syomin Oleq Bloxinlə yollarını ayıran Kiyev təmsilçisinin yerli mütəxəssisə güvənməsinin tərəfdarıdır: “Klubun rəhbəri belə qərar verib. Ola bilər ki, ədalətli qərardır, düzgün addımdır. Çünki nəticə yox idi. Amma biz nə qədər üzülsək də, azarkeşlər də prezidentdən həmişə 1-ci yeri tələb edir. Yeni məşqçi güclü, səviyyəli olsun, yerlə və ya əcnəbiliyinin isə fərqi yoxdur. Mən komandaya müəyyən müddət rəhbərlik edəcək Sergey Rebrova uğurlar arzulayıram. Bəlkə də bu işin öhdəsindən yaxşı gələcəyi halda, elə onu komandada saxlayacaqlar. Mən ona inanıram. Çünki bir çox məşqçilərlə çalışıb və yetərincə biliyə yiyələnib. Elə Andrey Şevçenko da ola bilər. Niyə əcnəbi olmalıdır ki? Şevçenko da yaxşı məşqçi olmaq üçün hər şeyə malikdir”.

Qeyd edək ki, Bloxinin istefasından sonra “Dinamo”ya müvəqqəti onun köməkçisi Sergey Rebrov başçılıq edəcək.

0