Xorvatiya yığmasının millimizə qarşı heyəti açıqlandı
18.04.2014 - 09:27
Xorvatiya yığmasının millimizə qarşı heyəti açıqlandı

16 yaşadək futbolçular arasında keçiriləcək XI “Delle Natsioni” beynəlxalq turnirində millimizin rəqiblərindən olan Xorvatiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mladen İvançiç 23 futbolçuya dəvət göndərib.

 

Ancaq aprelin 22-də Zaqrebdə bir araya gələcək xorvatlar turnirə 18 futbolçu ilə yollanacaq. Belə ki, 5 futbolçu turnirin qrup oyunlarının keçiriləcəyi Avstriyanın Köçax qəsəbəsinə aparılmayacaq.

 

Heyət üzvlərinin əksəri isə 15 yaşadək futbolçular olacaq: Dinko Horkaş, Alvaro Vrtar, Hrvoye İliç, Tom Alen Toliç, Sandro Kulenoviç, Dario Şpikiç, Tomislav Knejeviç, Mihael Brişki (hamısı “Dinamo”), Ariyan Res (Slaven Belupo), Toni Srok, İvan Blatançiç, Matey Şantek  (hər üçü “Riyeka”), Maksim Oluyiç (Zaqreb), İvan Vuyçiç, Yosip Maqanyiç, Bruno Budaliç, Yosip Rakiç (hamısı “Hayduk”), İvan Markota, Ante Duvnyak (hər ikisi “Split”), Edi Vinoqradarats (Hipo Limaç), Zdravko Simonoviç (Tsibaliya), Neven Curaşek (Varajdin), Marko Cira (Şibenik).

 

Qeyd edək ki, bugündən Bakıda hazırlıqlara başlayacaq millimiz yer aldığı B qrupunda aprelin 25-də Çili, 26-da Xorvatiya və 27-də Yaponiya yığması ilə qarşılaşacaq. 

0