Messi satıla bilər
18.04.2014 - 19:30
Messi satıla bilər

“Barselona” futbol klubunun rəhbərliyi bu mövsümdən sonra Leonel Messini sata bilər. Apasport.az saytının İspaniya KİV-nə istinadən məlumatına görə, Argentina millisinin hücumçusunun satılma ehtimalı artıq komandada sirr deyil.

 

Futbolçunun yaxın ətrafı da Messinin transferə çıxarılacağını düşünür. İddiaya görə, Kataloniya klubunun rəhbərliyi bu transferdən yaxşı pul qazanmaq niyyətindədir.

 

Bu mövsümün əvvəlində “Real Madrid” Messini almaq istəyib və o zaman “Barselona”ya 250 milyon avro təklif edib. Amma Messini təkcə madridlilər almaq istəmir. Argentinalını “Çelsi”, “Mançester Siti” və PSJ kimi nəhənglər də öz sıralarına qatmaq istəyindədirlər.

 

 

0