Azərbaycan çempionatının simvolik yığması
19.04.2014 - 09:16
Azərbaycan çempionatının simvolik yığması

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2013/2014 mövsümünün simvolik yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin növbəti çempionluğunu qazandığı yarışın ən dəyərli voleybolçusu (MVP) Aurea Kruz seçilib.

 

Puerto-rikolu legioner Azərbaycanda ikinci ilində də “Rabitə”nin qızıl medal qazanmasında böyük rol oynayıb. O, həmçinin ən yaxşı topqəbuledici və müdafiəçi mövqeyində də çempionatımızın ən güclüsü olub.

 

Ümumilikdə 9 nominasiyadan 6-sında qalib olmaq Eldar Yusubovun yetirmələrinin payına düşüb. Simvolik yığmada gümüş medalçı “Azəryol” 1, 3-cü yeri tutan “İqtisadçı” 2 voleybolçu ilə təmsil olunub.

 

Ən dəyərli voleybolçu – Aurea Kruz (Rabitə)

Ən yaxşı bombardir – Katarjina Skovronska (Rabitə)

Ən yaxşı blokçu – Anneris Varqas (Azəryol)

Ən yaxşı toppaylayıcı – Nutsara Tomkom (Rabitə)

Ən yaxşı hücumçu - Pleumjit Zinkaov (İqtisadçı)

Topu oyuna Ən yaxşı daxil edən – Manon Flier (İqtisadçı)

Ən yaxşı topqəbuledici – Aurea Kruz (Rabitə)

Ən yaxşı müdafiəçi – Aurea Kruz (Rabitə)

Ən yaxşı libero – Brenda Kastillo (Rabitə)

 

Qeyd edək ki, Super Liqanın bombardiri olan Skovronska həmçinin final mərhələsinin ən dəyərli oyunçusu seçilib.

0