“Xəzər Lənkəran”ın antirekordu
21.04.2014 - 11:34
“Xəzər Lənkəran”ın antirekordu

“Xəzər Lənkəran” cari mövsüm üçün özünün antirekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXXI turunun AZAL-la ev oyununda qeydə alınan tamaşaçı sayı 2013/14 mövsümündə Lənkəran stadionu üçün ən aşağı göstəricidir.

 

Bu matçda 1:1 hesablı heç-heçəni cəmi 1200 seyrçi izləyib. Azərbaycanda ən böyük azarkeş ordusuna malik “Xəzər Lənkəran”ın ev oyunları üçün isə bu rəqəm qeyri-adi sayılır.

 

Cari mövsümdə bu oyunadək 2 avrokubok, 2 ölkə kuboku və 14 çempionat matçına çıxan cənublular 18 görüşdə 116400 tamaşaçı toplamışdı. Bu isə orta hesabla 6467 seyrçi deməkdir. 4 dəfə azarkeş sayı 5 rəqəmlə ifadə olunan (yəni 10 min və daha çox) komandanın antirekodu 2000-ə bərabər idi. Bu da XXIV turun “İnter”lə matçına təsadüf etmişdi. Hətta aşağı dəstə klubu “Neftçala” ilə kubok matçını da AZAL-la oyundakından az qala 3 dəfə çox – 3500 nəfər toplaşmışdı.

0