Kllopp “Mançester Yunayted”dən imtina etdi
23.04.2014 - 03:05
Kllopp “Mançester Yunayted”dən imtina etdi

Almaniyanın “Borussiya Dortmund” futbol klubunun baş məşqçisi Yurqen Klopp “Mançester Siti”yə keçəcəyi ilə bağlı iddiaları şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi şayiələri təkzib edib.

 

Klopp “Mançester Yunayted”in böyük klub olduğunu vurğulayıb: “Bu komandanın azarkeşləri mənə çox yaxındırlar. Amma mənim “Borussiya”ya və bizim insanlarımıza sədaqətim hədsizdir”.

 

Qeyd edək ki, bundan əvvəl Mançester klubunun Kloppla dil tapmağa çalışacağı iddia olunurdu.

 

 

0