Luçesku: Mitinqlərə getmirəm və bunda iştirak etmirəm
23.04.2014 - 03:49
Luçesku: Mitinqlərə getmirəm və bunda iştirak etmirəm

“Şaxtyor” futbol klubunun baş məşqçisi Mirça Luçesku Ukraynadakı vəziyyət barədə danışıb. Apasport.az saytının məlumatına görə, indiyə qədər Donetsk klubunda qalacağını qəti formada bildirən rumıniyalı baş məşqçinin tonunda müəyyən dəyişikliklər hiss olunmağa başlayıb.

 

Luçesku bildirib ki, hələlik Donetskdə sakitlikdir: “Mümkündür ki, Pasxa bayramı səbəbindən sakitlikdir. Amma şəhərin mərkəzində Ukraynadan ayrılmaq istəyənlərin rayonu mühasirəyə aldıqlarını və inzibati binaları tutduqlarını görə bilərsiniz. Mən mitinqlərə getmirəm və bunda iştirak etmirəm”.

 

Luçesku gələcək karyerası barədə də danışıb: “Mənim bir illik müqaviləm var. Bu müqaviləmi sona qədər işləmək niyyətindəyəm. Əlbəttə, vəziyyət stabilləşəcəyi təqdirdə. Ancaq sülh və iqtisadi əmin-amanlıq olan yerdə işləmək lazımdır”.

 

 

0