“Real”ın planı: Benzemanı satmaq, Suaresi almaq
23.04.2014 - 01:29
“Real”ın planı: Benzemanı satmaq, Suaresi almaq

 

“Real Madrid” klubunun prezidenti Florentino Peres gələcək mövsüm üçün planlar qurur. Apasport.az saytının məlumatına görə, Peres Ronaldu-Suares-Beyl üçlüyünü komandada görəcəyinə ümid edir.

 

İngiltərənin “Exspress” qəzeti yazır ki, “Real” gələn mövsüm “Arsenal”a Benzemenı təklif edəcək. Bu addım Luis Suaresi almaqdan ötrü lazım olan vəsaiti əldə etmək üçün atılacaq.

 

“Arsenal”ın Benzemanı istəməsi barədə söz-söhbət artıq bir neçə mövsümdür davam edir. Fransalı futbolçu ötən mövsüm az qala London klubuna keçəcəkdi. Görünür, Benzemanın “Arsenal”a keçidi mövzusu bu mövsüm də aktual olacaq. Arsen Venqer də Benzemanı əldə etməyə çalışır və özü komandada qalsa, bu təklifdən yararlanmağa çalışacaq.

 

Florentino Peres çoxdandır Ronaldo-Suares-Beyl üçlüyünü komandada görmək istəyir. Uruqvaylının “Liverpul”da keçirdiyi uğurlu mövsüm madridlilərin prezidentini bir qədər də həvəsləndirib.

 

Qeyd edək ki, Benzemanın “Real”la müqaviləsi 2015-ci ilə kimidir və o, gələn mövsüm azad agent kimi klubu tərk edə bilər.

 

 

 

0