Samir Əliyevlə Nadir Qasımov Almaniyaya gedir
23.04.2014 - 10:55
Samir Əliyevlə Nadir Qasımov Almaniyaya gedir

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 24-dən mayın 4-dək Almaniyanın Frankfurt şəhərində baş tutacaq toplanışda iştirak edəcək futbolçuların adlarına aydınlıq gəlib.

 

Almaniyaya yollanacaq 24 nəfərlik siyahıda “Bakı” və “İnter”in üzvləri çoxluq təşkil edir. Bakılılar toplanışda hərəyə 6 futbolçu ilə təmsil olunacaq: Renat Dadaşov (“Ayntraxt” Frankfurt, Almaniya), Aslan İsmayılov, Samir Əliyev, Məhərrəm Həsənov, Rahid Ağazadə, Nazim Bağırov, Qəlbinur Adıqözəlov (hamısı “Bakı”), Mir-Emil Həsənov, Elvin Pənahov, Kamran Əliyev, Ceyhun Muxtarlı, Elçin Əsədov, Nadir Qasımov (hamısı “İnter”), Kamran İbrahimov, Pərviz Novruzlu, Ərziman Rizvanov, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Məmməd Hüseynov, Nahid Zülfüqarlı, Famin Əliyev (hamısı “Qarabağ”), Şamxal Sadıqov, Yusif Həsənov, İbrahim Qədirzadə (hamısı “Xəzər Lənkəran”).

 

 

Mənbə: affa.az

0